Banklar

Muğanbank korparativ müştərilər üçün kampaniyaya start verir

11 İyun 2019 11:15
Baxış: 635

Bu ilin iyunun 10-dan oktyabrın1-dək "Muğanbank" ASC korporativ müştərilərə "Gold" kateqoriyasından əmək haqqı kartları təklif edir. "Gold" sinfindən kredit kartı sahibinin yüksək statusunu təsdiqləyən prestijli aksessuar olmaqla yanaşı, həm də bankın geniş çeşiddə xidmətlərinə açardır.

Gold kart, öz sahibinə hesablaşmaların rahatlığı, internet-xidmətlər, təhlükəsizlik və sevindirici bonuslar təmin edir.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 42 filialı və 9 şöbəsi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. 

"Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), GGF kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.
 

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.