Banklar

VTB (Azərbaycan) Black Edition premium kartını təklif edir

7 İyun 2019 19:10
Baxış: 619

VTB (Azərbaycan) Mastercard ödəniş sisteminin Black Edition premium kartının buraxılışına
başlayıb.

Bu kart müştərilərə bir sıra üstünlüklər, o cümlədən özəl xidmət və hava limanlarının
Lounge Key biznes zallarından istifadə imkanları verir. Bundan başqa, səyahət zamanı kart
sahibləri müxtəlif növ nəqliyyat, əyləncəli tədbirlər üçün biletlərin bronlaşdırılması, eləcə də
otellərin və digər məkanların axtarışına kömək edən konsyerj-xidmətindən istifadə edə bilər. Bu
xidmətdən 24 saat ərzində ayrılmış xüsusi telefon nömrəsi və elektron poçt vasitəsi yararlanmaq
mümkündür.

Black Edition kart sahiblərinə sığorta üzrə sərfəli şərtlər də təklif olunur. Belə ki, proqram
müştərilərin həm ölkə daxilində, həm də ölkə xaricində səyahətlərini əhatə edir, eləcə də kart
sahibini səfər zamanı müşahidə edən ailə üzvlərinə də şamil olunur. Proqram qış idman növləri,
eləcə də təcili tibbi xərclər, səfər zamanı bədbəxt hadisə və reysin gecikməsi kimi riskləri də
ödəyir.

"Black Edition istifadəçilərinə geniş imkanlar verən imtiyazlı kartdır. Bank VTB (Azərbaycan) isə
onu daha da böyük üstünlüklərlə tamamlayıb. Bu, multivalyuta kartıdır və müştərilərə dörd 
müxtəlif valyutada - manat, rubl, dollar, avroda əməliyyatlar həyata keçirməyə imkan verir.

Konvertasiyaya görə komissiya nəzərdə tutulmayıb. Kartın bütün hesabları üçün xaricdə 100
manatdan (və ya xarici valyuta ekvivalenti) artıq nağdsız əməliyyat zamanı 1% məbləğində
Cash Back də nəzərdə tutulub. Daha bir üstünlük isə hesabdakı qalığa 4,5%-dək gəlirin
hesablanmasıdır. Əminəm ki, bu bonuslar kartdan rahatlıqla istifadə etməyə imkan verəcək", -
bank VTB (Azərbaycan)-ın idarə heyətinin üzvü, pərakəndə biznesin inkişafı
departamentinin direktoru Dmitriy Qalaşev bildirib.
 

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.