Banklar

Unibank bu həftə kompensasiya ödənişlərini başa çatdıracaq

20 May 2019 12:56
Baxış: 828

"Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə
tədbirlər haqqında" Prezident fərmanının daha operativ icrası məqsədi ilə prosesin başladığı ilk
gündən Unibankın bütün filial əməkdaşları kompensasiya ödənişini həyata keçirməyə
yönləndirilib. Kompensasiya ödənişlərinin bütün filial əməkdaşları tərəfindən həyata keçirilməsi
bu gün də davam etdirilir.

Həm vətəndaşlarımızın sosial rifahının gücləndirilməsi, həm də bank sektorunun inkişafı
baxımından son dərəcə böyük əhəmiyyət daşıyan fərmanın vaxtında və yüksək səviyyədə icrası
Unibank üçün əsas prioritet məsələdir.

Fərmanın icrasına başlanıldığından bu günədək Unibank tərəfindən 87 mindən artıq müştəriyə 55
milyon manat kompensasiya ödənilib. Bütün filialların gücləndirilmiş iş rejimində fəaliyyət
göstərməsi, bu həftə kompensasiya ödənişlərini daha da sürətləndirəcək. Bankın bütün müştəri
xidməti heyəti bu həftəni kompensasiya ödənişini həyata keçirməyə istiqamətləndirildiyindən,
fiziki şəxslərin kredit müraciətlərinin qəbulu müvəqqəti olaraq bir həftəlik dayandırılır. Bu həm
birbaşa filiallara kredit müraciətlərinə, həm də onlayn kredit sifarişlərinə aiddir. Müştərilərə
digər bank məhsul və xidmətlərinin göstərilməsi və eyni zamanda hüquqi şəxslərin kreditləşməsi
isə davam etdirilir.

İndiyədək Unibank müştərilərinin böyük əksəriyyəti kompensasiya ödənişlərini əldə edib. Bu
həftə ərzində prosesin tam olaraq başa çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, ödəniləcək
kompensasiyanın həcmi və fərmanın əhatə etdiyi müştəri sayı baxımından Unibank ilk yerdədir.
Cənab Prezidentin fərmanının icrası ilə əlaqədar olaraq, Unibank filialları gücləndirilmiş iş
rejimində çalışır. Həftənin şənbə, bazar günləri də bankın filialları da müştərilərə kompensasiya
ödənişini həyata keçirir.

Kompensasiya hesablanmış bütün Unibank müştərilərinə bu haqda SMS-lər göndərilib. Unibank
olaraq bütün filiallaırmızda kompensasiya almalı olan müştərilərin müraciətlərini gözləyirik.
Kompensasiya hesablanmış şəxslər siyahısında olan hər bir Unibank müştərisi bu həftə ərzində
istədiyi Unibank filiala yaxınlaşıb, kompensasiya məbləğini rahat şəkildə əldə edə bilər.
Unibank- hər kəsin bankı!
 

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.