Banklar

Muğanbankdan xanımlara hədiyyə

1 Mart 2019 12:31
Baxış: 1 692
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Muğanbank" ASC,  8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə,  01.03.2019-cu il tarixində  "8 Mart + Gold kart" adlı kampaniyaya start verir. Kampaniya  07.03.2019-cu il tarixinədək davam edəcəkdir. Qeyd olunan kampaniya çərçivəsində Muğanbanka müraciət edən xanım müştərilər Union Pay/MasterCard/Visa Gold plastik kartlarından birini pulsuz, Union Pay/MasterCard/Visa Platinum plastik kartlarını isə 50% endirimlə eldə edəcəklər.  

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 42 filialı və 9 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), GGF kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.