Banklar

Bank Respublika Vektor pul köçürmə sistemi üzrə tarifləri endirdi

11 Fevral 2019 17:35
Baxış: 1 390
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir çox beynəlxalq pul köçürmə sistemləri vasitəsilə dünyanın istənilən nöqtəsinə sürətli və rahat pul köçürmə xidmətləri təqdim edən Bank Respublika, ölkə ərazisində populyar olan "Vektor" pul köçürmə sistemi üzrə yeni kampaniyaya start verir.

Kampaniya çərçivəsində "Vektor" sistemi ilə pul köçürmə tarifləri 2 dəfəyədək aşağı salındı, maksimal məbləğ isə 50 min AZN-dək artırıldı! Kampaniya 6 may 2019 tarixinə qədər davam edəcək.

Qeyd edək ki, "Vektor" sistemi ilə Azərbaycanın 5.000-dən çox nöqtəsində yerləşən istәnilәn e-Manat və MilliÖn terminalından 3.000 AZN-dək vəsaiti Bakı və ölkə üzrə 18 şəhərə köçürmәk mümkündür.  Həmçinin, müştərilər "Mobil Şöbə" üzərindən "Vektor" bölməsinə daxil olub pul vəsaitlərini tez və rahat şəkildə yaxınlarına və qohumlarına göndərə bilərlər.

"Vektor kartı" ilə isə, müştərilər ölkədaxili pul köçürmələri üzrə vəsaiti birbaşa plastik kartla ala bilər, həmin məbləği asanlıqla istənilən bankomat vasitəsilə nağdlaşdıra, onlayn xərcləyə və ya POS-terminal üzrə alış-veriş edə bilər.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.