Banklar

"Bu məqsəd haqda AFFA rəsmiləri heç nə deməyib" - Yurçeviç

10 Fevral 2019 12:49
0 Şərh     Baxış: 543

Millimizin baş məşqçi postuna namizəd olan Nikola Yurçeviç "Sumqayıt" - "Qarabağ" görüşünü canlı izləyib.

Milli.Az Goal.az-a istinadən xəbər verir ki, xorvatiyalı çalışdırıcı görüşün fasiləsində jurnalistlərin suallarını cavablandırıb.

- Azərbaycanda ilk oyuna baxırsız.

- Elədir. "Qarabağ" "Sumqayıt"dan yaxşı oyun göstərir. İlk hissənin nəticəsi oyuna görədir.

- Rəsmən millimizin baş məşqçisi olmaq üzrəsiz. Azərbaycan futbolu ilə maraqlanırsız?

- Yetərincə məlumatlıyam. Başqa çalışdığım yerlərdə Azərbaycan millisinin oyunlarını izləmişəm. İkinci dəfədir Azərbaycandayam. Kifayət qədər məlumat yığmışam. Azərbaycana bağlılığı olan məşqçilərdən hər şeylə maraqlanmışam. Robert Prosineçki və onun köməkçisiylə danışmışam.

- Belə məlumatlar var ki, millinin baş məşqçisinin qarşısına AÇ-2020-nin final mərhələsinə vəsiqə qoyulub.

- Bu məqsəd haqda AFFA rəsmiləri heç nə deməyib. Məqsədimiz oyundan oyuna artırmaq və daha yaxşı oyun nümayiş etdirməkdir.

- Zaman çox azdır. Oyun fəlsəfənizi millimizə aşılaya biləcəksiz? Planlarınız necədir?

- Kifayət qədər millidən məlumatlıyam. Vətənimin seçməsini - Xorvatiya yığmasını da yaxşı tanıyıram. Çox danışmaq istəmirəm, çünki heç nə rəsmiləşməyib.

- Təlim-məşq toplanışı üçün planınız var?

- Ağlımda hansısa fikirlər var. İstəyirəm hər şey dəqiqləşsin. İndi demək çox tezdir.

- Deyilənə görə, Azərbaycana xeyli yüklə gəlmisiz. Bu da o deməkdir ki, baş məşqçi postuna təyin ediləcəksiz.

- Hər şey müsbətdir. Gözləmək lazımdır.

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.