Banklar

Bank Respublika 2019-cu ilə mükafatla başladı!

30 Yanvar 2019 17:30
Baxış: 655
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yanvarın 29-da Bakı Konqres Mərkəzində Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, PROAKTİV PR şirkəti və Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyi tərəfindən  ölkəmizdə ilk dəfə olaraq təşkil olunan "Milli KSM Mükafatı 2018" müsabiqəsinin Qala Gecəsi keçirilib. 

Müsabiqəyə ölkəmizdə müxtəlif sektorlarda fəaliyyət göstərən təhsil, bank, səhiyyə, mobil oprerator, sığorta şirkətləri son 2 ildə həyata keçirdikləri layihələri təqdim edib. Qaliblər Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi, Azərbaycan Respublikası Təhsil nazirliyi, Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyi və digər dövlət qurumlarının nümayəndələrindən ibarət komisiya tərəfindən müəyyən edilib.

2018-ci ildə sosial, təhsil, maliyyə savadlığı sahəsində bir çox faydalı və uğurlu layihələr həyata keçirən Bank Respublika, ötən il Novruz bayramı ərəfəsində ölkəmizin müxtəlif regionlarında yerləşən uşaq evləri və internat məktəblərində həyata keçirdiyi "Şən Çərşənbə" layihəsi Milli KSM mükafatına layıq görülüb!

Layihə çərçivəsində bankın əməkdaşları Novruz bayramının hər çərşənbə axşamı Şəki, Lənkəran və Gəncə şəhərlərində yerləşən uşaq evlərində balaca fidanlar üçün Kosa və Keçəlin iştirakı ilə bayram şənliyi təşkil edib, onlara bayram sovqatları paylayıblar.

Bankdan verilən məlumata əsasən Bank 2019-cu ildə də  "Korporativ Sosial Məsuliyyət" proqramı çərçivəsində kimsəsiz uşaqların, idman, mədəniyyət və təhsil sahəsinin dəstəklənməsi istiqamətində layihələr həyata keçirməyə davam edəcək.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.