Banklar

Qriqorçuk Almeydanın “Qarabağ”a dönüşünə münasibət bildirdi

13 Yanvar 2019 15:28
0 Şərh     Baxış: 1 139

Qazaxıstan "Astana"sının baş məşqçisi Roman Qriqorçuk Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın "Qarabağ"a dönüşünə münasibət bildirib.

Milli.Az bildirir ki, ukraynalı mütəxəssisin Report-a açıqlamasına görə, 30 yaşlı braziliyalı yarımmüdafiəçinin paytaxt klubunu tərk etməsinə heyfsilənir:

"Almeyda ilə daha çox işləyə bilmədiyim üçün təəssüflənirəm. O, hörmətlə yanaşdığım çox yaxşı futbolçudur. Bundan sonra birgə çalışmayacağımıza görə heyfsilənirəm. Ancaq onun seçiminə hörmətlə yanaşıram və uğurlar arzulayıram".

R.Almeyda ötən mövsümün sonunda tərk etdiyi "Qarabağ"a dönüb.

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.