Banklar

Kapital Bank 4 nominasiyada qalib oldu

20 Dekabr 2018 13:28
Baxış: 816

19 dekabr 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə "Bankçılıq Mükafatları - 2018" adlı tədbir keçirilib. Tədbir zamanı Kapital Bank 4 nominasiya üzrə qalib olub və mükafatlar qazanıb. "Birlikdə yeni başlanğıclara" şüarı ilə keçirilən tədbirdə Kapital Bank "Korporativ sosial məsuliyyət", "Ən fəal təhsil dəstəkçisi", "Ən fəal maliyyə savadlığı dəstəkçisi" və "İnnovativ ödəniş həlləri tətbiq edən bank" nominasiyalarının qalibi olub.

Qeyd edək ki, tədbirdə kommersiya banklarının menecmenti, beynəlxalq maliyyə institutlarının ölkəmizdəki nümayəndəlikləri, ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert qruplarının rəhbərləri, tərəfdaş KİV-lər və digər dəvətlilər iştirak edib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 11 şöbəsi ilə müştərilərin
xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
 

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.