Banklar

Camal Qaşıqçının son audio yazısının mətni hazırlanır

10 Dekabr 2018 20:52
2 Şərh     Baxış: 1 203
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Kəşfiyyat Xidməti tərəfindən öldürülən jurnalist Camal Qaşıqçının audio yazısının mətni hazırlanır.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, artıq bu audio yazının son cümləsi haqda mediada məlumat yayılıb. Ölənədək qatilləri ilə mübarizə aparıldığı aydın olan jurnalist son cümləsində "mən nəfəs ala bilmirəm" - deyib.

İngilis mediası isə Türkiyə mətbuatına istinadən bu sui-qəsd əmrinin Səudiyyə Ərəbistanını tərəfindən verildiyini bildirib.

İngilis mediası həmçinin rəsmi Ankaranın məlumatına istinad edərək jurnalistin öldürülməsi üçün Səudiyyə Ərəbistanından 15 nəfərin sifariş üçün səfirliyə göndərildiyini qeyd edib.

Xatırladaq ki, jurnalist Camal Qaşıqçı bu ilin 2 oktyabrında Türkiyənin İstanbulda yerləşən Səudiyyə Ərəbistanının səfirliyində öldürülüb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.