Banklar

Kreditlərin 96,7 faizi banklar tərəfindən verilib

18 Avqust 2018 16:56
Baxış: 1 289
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, iyul ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 105,6 milyon manat təşkil edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ümumi kredit portfelinin 9 milyard 739,8 milyon manatı və ya 80,5 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 96,7 faizi banklar, 3,3 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 745,7 milyon manat olub və ümumi kredit portfelinin 14,4 faizini təşkil edib. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.