Banklar

Muğanbankdan sərfəli Lombard krediti

16 May 2018 18:06
Baxış: 530

"Muğanbank" ASC müştərilərinə rahat və sərfəli şərtlərlə, qızıl-zinət əşyalarını girov qoymaqla "Lombard" krediti əldə etmək imkanı yaradıb. İş yerindən arayış olmadan, zaminsiz və tək şəxsiyyət vəsiqəsi ilə 20 000 manatadək qızıl-zinət əşyalarını girov qoymaqla nağd pul krediti götürə bilərlər. Kredit, müştərilərə qızılın 90%- həcmində, 24 ayadək müddətə təklif olunur.

Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 42 filialı və 9 şöbəsi, müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası
(IFC), WorldBusiness Capital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Green for Growth Fund, Southeast Europe (GGF), Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir. 

Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün 933
Məlumat Mərkəzinə zəng edə və ya www.muganbank.az saytına, həmçinin https://www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hl
facebook səhifəsinə keçid ala bilərsiniz.
 

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.