Banklar

Azərbaycan Beynəlxalq Bankı nağd pul krediti şərtlərini asanlaşdırdı

6 Noyabr 2017 11:03
Baxış: 7 008
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kredit məhsullarının müştərilər üçün əlçatan olmasına çalışan Azərbaycan Beynəlxalq Bankı bu istiqamətdə daha bir addım atıb. Bank özünün əmək haqqı və pensiya kartı sahiblərinə təqdim etdiyi nağd pul kreditinin şərtlərini xeyli asanlaşdırıb. Belə ki, kreditin faizi azaldılıb, illik faiz dərəcəsi indi 25%-dən başlanır. Müştərilərə 5000 manata qədər krediti bankdan zaminsiz almaq imkanı yaradılıb, eyni zamanda, kreditin müddəti də artırılıb. Bankın maksimum 15000 manata qədər məbləğdə təklif etdiyi nağd pul kreditini indi müştərilər 36 ay müddətədək ala bilər. Ödənişlərə gəlincə, müştəri məsələn, bankdan 36 ay müddətinə, 1000 manat məbləğində kredit aldıqda ayda cəmi 40 manat, 3000 manat aldıqda 120 manat, 5000 manat aldıqda isə 199 manat ödəyəcək.

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq olar. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi, eləcə də bankın əmək haqqı, yaxud pensiya kartı ilə filiallara yaxınlaşmaq kifayətdir. Kredit rəsmiləşdirilən zaman müştəri Avtoödəmə sisteminə qoşulmaqla aylıq kredit borclarının ödənişini banka gəlmədən rahat bir şəkildə həyata keçirə bilər.

Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.