Avto

"Porsche" 300-dən çox avtomobili geri çağırdı

26 İyun 2019 16:36
0 Şərh     Baxış: 602

"Porsche" şirkəti Rusiyada 319 avtomobili geri çağırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, qərar avtomobilin kuzovunun ön hissəsində qeydə alınan qüsurlarla əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2016-cı ilin iyulundan 2019-cu ilin yanvarınadək Rusiyada satılmış "Boxster" və "Cayman" modellərinə şamil olunur.

Qeyd edək ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.