Avto

Təqaüdə çıxan “Mercedes”in rəhbəri “BMW”yə oturub getdi - VİDEO

24 May 2019 13:59
2 Şərh     Baxış: 9 310

Mercedes-Benz-in ana şirkəti olan Daimler-in İcraçı direktoru (CEO) Dieter Zetsche, 13 ildir icra etdiyi vəzifəsini tərk edərək, 40 ildir çalışdığı Almaniya şirkətindən təqaüdə çıxıb.

Milli.Az Azmedia.az-a istinadən xəbər verir ki, vəzifəsini Ola Källenius-a təhvil verən Zetsche, şirkətin səhmdar yığıncağının ardından işçilər ilə vidalaşaraq Mercedes dəftərini hələlik bağlayıb. Belə ki, Zetsche-nin 2021-ci ildə Daimler-in Məsləhətləşmə Şurasına başçılıq edəcəyi gözlənilir. Məşhur rəhbərə bir vida da, Mercedes-in ən böyük rəqibi BMW-dən gəlib. BMW yaydığı reklam filmində, Zetsche-nin direktor olaraq son gününə yer verib. Reklam filimində Mercedes S Seriyası tərəfindən evinə aparılan Dieter Zetschenin, sonda BMW i8 Roadster-inə minərək sürətli bir şəkildə yola düşdüyü görülür. Bağlanış səhnəsində isə, BMW-nin Zetsche-ə ünvanladığı "uzun illər boyunca ilhamverici rəqabət üçün təşəkkürlər" mesajına yer verilir.

Qeyd edək ki, filmdəki səhnələrdə Zetschenin özü deyil, ona çox bənzəyən bir oyunçu rol alıb. BMW-nin bu "hücumuna" Daimler-in cavabı gecikməyib. Şirkətdən verilən açıqlamada, "Bizcə müdirimiz bunun yerinə (filmdəki i8) gerçək at gücünü seçər. Yenə də təqdiriniz və xoş rəqabətiniz üçün təşəkkürlər" ifadəsi istifadə edilərək Zetsche-nin hibrit mühərrikə malik BMW i8 Roadster istifadə etməyəcəyinə eyham edilib.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Narmin · 24 May 14:5700

    Super ideya....

    Cavab yaz
  • Anonim
    Abbasov · 24 May 21:1400

    Bmw hemishe 1 nomreli avtomobil olub,bele de qalacaq.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.