Avto

"Ferrari" 2 mindən artıq avtomobili geri çağırır

23 May 2019 20:39
0 Şərh     Baxış: 1 098
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ferrari" avtomobil markası Çin bazarında 2071 avtomobilini geri çağırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, avtomobillərin geri çağırılmasına səbəb təhlükəsizlik yastıqlarında aşkarlanan problem olub.

Bildirilir ki, avtomobillərin geri çağırılması prosesi cari ilin iyul ayının 1-dən başlayacaq, 2013-cü ilin aprel ayının 8-dən 2017-ci ilin noyabr ayının 28-dək buraxılan və Çinə idxal edilmiş avtomobillərə şamil ediləcək.

Bundan əlavə qeyd edilir ki, söhbət Yaponiya şirkəti "Takata"nın istehsal etdiyi təhlükəsizlik yastıqları olan avtomobillərdən gedir.

Şirkət ödənişsiz əsasda texniki nasazlığı aradan qaldıracaq və lazımi detalları əvəz edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.