Avto

Hər dörd nəfərdən biri elektrik avtomobili sürəcək - Araşdırma

12 May 2019 12:35
0 Şərh     Baxış: 1 527
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin İqtisadiyyat Bankı (TEB Cetelem) tərəfindən aparılan araşdırmaya görə, 2030-cu ilə qədər dünyada satılacaq avtomobillərin 100-də 25-i elektriklə işləyəcək.

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, 16 ölkədə yaşı 18-65 arasında olan 10 min adam arasında sorğu keçiriblər. Sorğuda iştirak edənlər elektrik avtomobillərinin baha olması və enerjini gec toplamasından şikayət ediblər. Amma bu sahədə davamlı inkişafın olduğunu bildirən mütəxəssislər, batareyaların enerji tutumunun artacağını və enerji doldurma məntəqələrinin sayının çoxalacağını bildiriblər.

Nəticədə isə ən yaxın gələcəkdə yollarımızda adət etdiyimiz yanacaqla işləyən avtomobilləri elektrik enerjisi ilə işləyən maşınlar əvəz edəcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.