Avto

“Daimler”dən YENİLİK: Robot taksilərin kütləvi istehsalına başlanılacaq

17 Mart 2019 13:24
1 Şərh     Baxış: 1 143
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gələcəkdə əhalinin sıx yaşadığı meqapolislərdə şəxsi avtomobillər üçün dayanacaq imkanları getdikcə məhdudlaşacaq ki, bu da öz növbəsində bir tərəfdən ictimai nəqliyyat şəbəkəsini genişləndirməyi, digər tərəfdən isə yeni mobillik konsepsiyalarının tətbiqini tələb edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Daimler" şirkəti şəhərlərdə əhalinin rahat hərəkətini təmin etmək üçün 2021-ci ildən etibarən sürücüsüz avtomobillərin - robot taksilərin kütləvi istehsalına başlayacaq. Bu barədə məlumatı nüfuzlu "Automobilwoche" (Avtomobil həftəsi) dərgisi yayıb.

Məlumatda bildirilir ki, robot taksilər ilkin mərhələdə ABŞ və Avropa bazarlarına çıxarılacaq, sonrakı mərhələdə isə Çin istiqaməti diqqət mərkəzində dayanacaq.

Beynəlxalq konsern ilkin mərhələdə 10 min ədəd robot taksi istehsal etmək niyyətindədir. İki ildir ki, "Daimler" iki ildir ki, robot taksilərin istehsalı ilə bağlı "Bosch" şirkəti ilə əməkdaşlıq edir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.