Avto

Azərbaycanlı “Moskviç”i cip qiymətinə satır - FOTO

5 Fevral 2019 12:28
5 Şərh     Baxış: 2 918

Rusiyanın avto.ru saytında qeyri-adi qiymətə "Moskviç" markalı avtomobil elanı yerləşdirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hazırda Azərbaycanda qeydiyyatda olan "50-BF-908" dövlət qeydiyyat nişanlı avtomobil yeddi milyon rubla (təxminən 181 min AZN) satılır.

Afiq adlı elan sahibinin sözlərinə görə, 1500 kubmetr mühərrik gücünə sahib avtomobildən dünyada bir ədəddir. İdman avtomobili seriyasına daxil olan maşın "rus mumiyası" adını alıb. Bu adı isə maşına şəxsən SSRİ Kommunist Partiyasının baş katibi Leonid Brejnev verib. Buna səbəb isə avtomobilin heç vaxt paslanmayacağına tam zəmanət verilməsidir.

Avtomobilin hazırlanması üçün üç zavodun mexanikləri tərəfindən razılıq verilib.

1979-cu ildə istehsala buraxılan avtomobil 40 il ərzində cəmi 30 min kilometr məsafə qət edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Insan123 · 5 Fevral 12:4410

    Olumsuzdu onda bu masin. Allah xeyrini versin amin

    Cavab yaz
  • Anonim
    Şərh · 5 Fevral 12:4510

    Yəqin çox pula ehtiyacı var

    Cavab yaz
  • Anonim
    miris · 5 Fevral 13:4110

    Paslanmayan ? Bunun paslanmamis yeri qalibkii

    Cavab yaz
  • Anonim
    Bakili · 5 Fevral 13:4510

    Bunun bawi xarab olub deyesen. Qalik qiymetine paslanmiw moscvic satir.

    Cavab yaz
  • Anonim
    CEZA · 5 Fevral 15:1810

    Paslanmayacaq Adın veribler Paslanmaya bir Detaylı Qalmayib Ama Ucuz Verirde Cox Gumanki bu qiymete bu masin uçur Hettte Su Altida gedir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.