Avto

“Renault-Nissan-Mitsubishi”nin rəhbəri istefa verdi

24 Yanvar 2019 13:50
0 Şərh     Baxış: 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyada həbs edilən "Renault-Nissan-Mitsubishi" avtomobil alyansının direktorlar şurasının rəhbəri Karlos Qon vəzifəsindən istefa verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Fransanın iqtisadiyyat və maliyyə naziri Bryuno Le Mer "Bloomberg Television"a müsahibəsi zamanı deyib. Onun sözlərinə görə, Qon öz postunu yanvarın 23-ü rəsmən tərk edib. Bildirilir ki, bu gün şirkət iclas keçirərək boş qalan vəzifəyə Mişelin Jan-Dominik Senarın gətirilməsini müzakirə edəcək.

Xatırladaq ki, 64 yaşlı Karlos Qon maliyyə gəlirini gizlətməkdə şübhəli bilindiyi üçün ötən ilin noyabrında könüllü olaraq Tokio prokurorluğuna gedərək təslim olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.