Avto

Dünyanın ən bahalı yolsuzluq avtomobili Çində istehsal edildi - 2 milyon dollar - FOTO

15 Yanvar 2019 20:39
0 Şərh     Baxış: 1 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pekində dünyanın ən bahalı yolsuzluq avtomobili təqdim edilib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, maşının qiyməti 2 milyon dollardır.

Qara rəngli avtomobilin qeyri-adi dizaynı var və "Stels" bombardmançı təyyarəsinə oxşayır. "Karlmann King" adlı markanın hər bir modeli fərdi sifariş əsasında yığılacaq. Layihə cəmi 10 belə avtomobil istehsalı üçün planlaşdırılıb.

Sifarişlə kuzovu gülləkeçirməz də hazırlamaq mümkündür. Bu zaman isə avtomobilin çəkisi 4.5 tondan 6 tona qədər artır. Avtomobilin interyeri xarici görünüşü ilə heç də uyğun deyil. Çünki salon bahalı bir otelin foyesini xatırladır.

"Karlmann King" modelini Avropadan olan mühəndislər komandası istehsal edir.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.