Avto

Ən etibarlı avtomobillərin SİYAHISI açıqlandı

15 Noyabr 2018 19:40
2 Şərh     Baxış: 3 173
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın "Consumer Reports" jurnalı 3 iri region üzrə ən etibarlı avtomobillərin reytinqini tərtib edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Asiya regionunda rəy sorğularına əsasən, "Lexus", "Toyota", "Mazda", "Subaru" və "Kia" ən etibarlı avtomobillər hesab olunub.

Avropa regionunda bu siyahıda "Audi", "BMW", "Mini Cooper", "Porsche" və "Volkswagen" yer alıb.

Amerikalı istehlakçılar isə "Ford", "Buick", "Lincoln", "Dodge" və "Jeep"i etibarlı hesab edib.

Bundan başqa, ekspertlər ən təhlükəsiz modellərin siyahısını tərtib edib. Bu reytinqə "Lexus GX", "Toyota Prius C", "Mazda MX-5 Miata" və "Subaru Crosstrek" daxil olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.