Avto

Dünyanın ən etibarlı avtomobilləri açıqlandı

30 Oktyabr 2018 20:26
0 Şərh     Baxış: 2 148
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın "Lexus" avtomobil markası Amerikanın "Consumer Reports" jurnalının qiymətləndirmələrinə görə dünyanın ən etibarlı avtomobili hesab edilib. O, ötən ilki reytinqə başçılıq edən "Toyota"nı qabaqlayıb. Bu markanın ən etibarlı avtomobili "Lexus GS" olub. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı jurnalın saytında məlumat yerləşdirilib. 

Siyahıda üçüncü yeri "Mazda" avtomobilləri tutub. Dördüncü yerdə "Subaru", 5-ci yerdə isə "Kia" avtomobilləri qərarlaşıb. "Kia" ötən ilə nisbətən 2 pillə geriləyib. 

Altıncı yeri "İnfiniti" avtomobili tutub. Avropanın ən yaxşı brendi "Audi" bu siyahıda 7-ci olub. Siyahıda BMW avtomobilləri 8-ci, Britaniyanın "Mini" avtomobili 9-cu yerdə qərarlaşıb. İlk onluğu "Hyundai" qapayıb. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.