Cəmiyyət

Azərbaycan Avtomobil Federasiyasının drift məktəbinin dərsləri başlayıb - FOTO

11 Oktyabr 2018 20:57
Baxış: 1 965
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Avtomobil Federasiyasının (AAF) drift məktəbi fəaliyyətində bu gün ilk təlimlər olub. Təlimləri Beynəlxalq Avtomobil Federasiyasının (FIA) ekspertləri keçir.

Milli.Az bildirir ki, Azərbaycan Avtomobil Federasiyasından Trend-ə verilən məlumata görə, Dənizkənarı Milli Park ərazisində təşkil olunan ustad dərslərini drift üzrə İrlandiya və Britaniya çempionu Duan Makkiver, Almaniya və Niderland çempionu Sebastian Fontijn, "Red Bull" atleti, drift üzrə üçqat Ukrayna çempionu Aleksandr Qrinçuk aparır. Təlimdə drift avtomobil idman növünün əsasları, drift elementləri öyrədilir.

Dərslər oktyabrın 14-dək davam edəcək. Drift dərslərində iştirak üçün qeydiyyatdan keçmək istəyən şəxslər [email protected] ünvanına müraciət edə və ya 050 295 01 00 telefon nömrəsinə zəng vura bilərlər. Dərslərdə iştirak ödənişlidir.

Drift məktəbinin açılmasında əsas məqsəd avtomobil idmanının inkişafı, bu sahəyə marağın artırılması, ölkəmizi beynəlxalq yarışlarda təmsil edə biləcək yerli idmançı və mütəxəssislərin hazırlanmasıdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.