Avto

“Bugatti Veyron”un yağını dəyişmək bir maşın qiymətinədir - VİDEO

23 Avqust 2018 12:16
1 Şərh     Baxış: 15 616
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən bahalı avtomobillərindən olan "Bugatti Veyron"un sadəcə yağını dəyişdirmək 21 min dollara başa gəlir.

Milli.Az ölkə.az-a istinadla xəbər verir ki, avtomobilin yağının dəyişdirilməsinin bu qədər baha olmasının müxtəlif səbəbləri var.

Lüks avtomobillərin kirayəyə götürülməsi üzrə ixtisaslaşan "Royalty Exotic Cars" şirkəti bunun səbəbini izah edən video yayımlayıb. Video "Bugatti Veyron"un çox mürəkkəb bir struktura malik olduğunu üzə çıxarır.

Avtomobildə 16 fərqli təxliyə qapağı olan quru karter yağlama sistemindən istifadə edilir. Amma bu qapaqlara əl gəzdirmək üçün avtomobilin altındakı qoruyucu təbəqəni çıxarmaq lazımdır. Yağ əlavə etmək üçün hava filtrlərini yoxlamaqdan başqa arxa qoruyucuları və avtomobilin arxa hissəsini sökmək lazımdır.

Bu isə sürücüyə nə az nə çox, düz 21 min dollara başa gəlir.

Videonu izləmək üçün şəklə klikləyin:
"Bugatti Veyron"un yağını dəyişmək bir maşın qiymətinədir

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.