Xaricdən maşın sifariş edənlər NƏZƏRİNƏ!
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son dövrlər xaricdən avtomobil sifariş edən vətəndaşların sayı artmaqdadır. Xüsusilə ABŞ, Almaniya, BƏƏ və Koreyadan avtomobil gətirilməsi geniş yayılıb. Lakin bu proses təkcə üstünlüklərlə deyil, ciddi risklərlə də müşayiət olunur. Bəzi hallarda vətəndaşlar ödəniş etdikdən sonra nə avtomobil, nə də müqavilədə nəzərdə tutulan sənədləri əldə edə bilirlər. Bəzən isə sifariş edilən avtomobilin texniki vəziyyəti, təchizatı və ya gömrük sənədləri alıcıya əvvəlcədən təqdim edilən məlumatlarla üst-üstə düşmür.
Məsələ ilə bağlı Milli.Az-a nəqliyyat eksperti Eldəniz Cəfərov bildirir ki, xaricdən maşın sifariş etməzdən əvvəl mütləq etibarlı şirkətlərlə əməkdaşlıq edilməlidir. Sifarişin bütün detalları avtomobilin texniki göstəriciləri, vurulub-vurulmadığı, kilometrajı, ixrac və gömrük rüsumları barədə məlumatlar şəffaf şəkildə təqdim olunmalıdır. Alıcılar öncədən müqaviləni diqqətlə oxumalı və mümkün olduğu qədər ödənişi avtomobil Azərbaycana gəldikdən sonra etməlidirlər.
Hüquqşünas Nurlan Səfərov vətəndaşlara xəbərdarlıq edirlər ki, avtomobil sifarişi zamanı heç bir halda şifahi razılaşmalara əsaslanmasınlar. Müqavilə mütləq notarial qaydada təsdiq edilməli və hər iki tərəfin öhdəlikləri dəqiq şəkildə göstərilməlidir. Əks halda, aldanan tərəfin hüquqlarını sonradan bərpa etmək çətin ola bilər.
Bəs bu kimi hallarda nə etmək lazımdır?
Yalnız lisenziyalı və rəsmi fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq edin.
Avtomobilin real vəziyyətini yoxlamaq üçün beynəlxalq auksion saytlarında VIN kodu vasitəsilə təhlil aparın.
Müqaviləsiz və sənədsiz heç bir ödəniş etməyin.
Avtomobilin gömrük rüsumlarını və əlavə xərcləri əvvəlcədən öyrənin.
Şəxsi hüquqi məsləhət alın.
Hüquqşünas qeyd edir ki, xaricdən avtomobil sifarişi edərkən diqqətli və məlumatlı olmaq aldanma hallarının qarşısını almağın əsas yoludur.
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
“Jaguar Land Rover” 4 minə qədər işçini ixtisar edəcək
-
Pulunuzu göyə sovuracaq 5 işlənmiş maşın
-
Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...
-
Bakıda sərnişin taksi sifariş etdi: “Lamborghini” gəldi - (Video)
XƏBƏR LENTİ
-
Rusiya ordusu Donetskdə yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ötən gün 9 odlu silah aşkarlanıb
-
İtaliyalı müdafiəçi "Barselona"ya keçə bilər
-
Çilidə qocalar evində yanğın: Ölənlər var
-
Azərbaycan futbolunda yayın ən bahalı transferləri
-
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
Şirvanda mağazadan oğurluq edildi
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
"Qalatasaray" üç futbolçusu ilə yollarını ayıracaq
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
-
Azərbaycan nefti bahalaşıb
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu - (Video)
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
-
Nepalda daşqın nəticəsində ölənlərin sayı 1386 nəfərə çatdı
-
Bolqarıstanda sursat anbarlarında yanğın və partlayış oldu
-
Trampın şəxsi təyyarəsinin görüntüləri yayıldı - (Video)
-
Ələt Avrasiyanın xəritəsini dəyişir: Azərbaycan qlobal logistikanın mərkəzinə çevrilir
-
Azərbaycanda son sutkada 114 axtarışda olan şəxs saxlanılıb





