Avto

Ən etibarlı işlənmiş avtomobillər hansılardır?

27 Fevral 2025 08:20
Baxış: 619
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"iSeeCars" avtomobil portalı beş ildən çox işlənmiş avtomobillər arasında ən yaxşıların siyahısını açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, portalın araşdırmasına görə, 11.8 il proqnozlaşdırılan istifadə dövrü ilə birinci yerdə "Honda Fit" avtomobilidir.

Siyahıda ikinci yeri 9.6 il gözlənilən istifadə müddəti ilə "Volkswagen Passat" tutur. Onun ardınca ekspertlərin təqribən 8.8 il ərzində sahibinə xidmət edəcəyini proqnozlaşdırdığı "Buick Encore" gəlir.

Ən etibarlı işlənmiş avtomobillər siyahısına, həmçinin "Kia Rio" (gözlənilən istifadə müddəti 6.9 il), "Honda Civic" (9.8 il), "Mazda 3" (9.8 il), "Mitsubishi Outlander Sport" (7.5 il), "Toyota Yaris" (7.6 il), "Toyota Corolla" (8.1 il) və "Infiniti Q50" (10.6 il) daxil edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.