Avto

"Lada"nın qadın avtomobili olduğu üzə çıxdı

11 Noyabr 2024 14:59
Baxış: 1 013
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın avtomobil markası "Lada" daha çox qadınlar arasında populyardır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə TASS "Romir" holdinqinin araşdırmasına istinadən məlumat yayıb.

Belə ki, bu markalı avtomobillərin alıcılarının 51%-i qadınlar olub. Avtomobil sahibinin orta yaşı 42-dir.

Sorğuda iştirak edən "Lada" alıcıları 59% hallarda mövcud avtomobili əvəz etmək üçün yeni avtomobil aldıqlarını, 52% əvvəlki avtomobilin eyni markadan olduğunu bildiriblər. Alıcıların 32%-i üçün yeni "Lada" onların ilk avtomobili olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.