Avto

Sürücülük vəsiqəsi olmadan avtomobil sürməyə icazəsi olan yeganə şəxsin “Jaguar”ı hərraca çıxarılır - FOTO

3 Noyabr 2022 15:24
Baxış: 1 451
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya kraliçası II Elizabetə (1926-2022) məxsus "Jaguar X-Type Estate" universal avtomobili İngiltərənin "Historics Auctioners" hərrac evi tərəfindən hərraca çıxarılacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hərrac noyabrın 26-da keçiriləcək. Lot üzrə başlanğıc və minimum satış qiyməti müəyyən edilmədiyi üçün avtomobil nəzəri cəhətdən hətta bir funt-sterlinqə də satıla bilər.

Məlumata görə, II Elizabet 2009-cu ildə buraxılan avtomobilin ilk sahibi olub və cari ilin yazına qədər ondan istifadə edib.

Qeyd edək ki, kraliça avtomobil həvəskarı kimi şöhrət qazanmışdı. Hələ şahzadə ikən, II Dünya müharibəsi zamanı o, təcili yardım maşını sürücüsü kimi təhsil alıb. Keçən ilin noyabrında həkimlər ona iki həftəlik istirahət etməyi tövsiyə edəndən bir neçə gün sonra monarx "Jaguar"ın sürücü oturacağında görünmüşdü.

Onu da bildirək ki, II Elizabetin heç vaxt sürücülük vəsiqəsi olmayıb. O, Birləşmiş Krallıqda lisenziyasız və nömrə nişanı olmadan avtomobil idarə etməyə icazə verilən yeganə şəxs idi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.