Avto

Məşhur avtomobil brendi qeyri-adi modelini təqdim etdi

16 Oktyabr 2022 10:04
Baxış: 830
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın "Renault Group" şirkəti "Mobilize" alt brendi altında yeni elektromobilini təqdim edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə brendin mətbuat xidməti məlumat yayıb.

Təkoturacaqlı model avtomübadilə (carsharing) xidmətləri üçün nəzərdə tutulub.

Maşının üç təkəri var və o, vahid joystiklə idarə olunur. Maksimum sürət 25 km/saatdan çox olmayan elektromobildə hava yastığı da quraşdırılıb.

Qeyri-adi nəqliyyat vasitəsinin yalnız bir qapısı var. Baqaj bölməsinə daxil olmaq üçün oturacaq irəli çəkilir.

"Solo Concept" adlı yeni modelin yarısı təkrar emal edilmiş materiallardan hazırlanıb.

Qeyd olunub ki, elektromobil adi məişət elektrik yuvasından doldurula bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.