Avto

Unikal avtomobil satışa çıxarılıb - FOTO

28 Avqust 2022 17:42
0 Şərh     Baxış: 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Aston Martin Valkyrie" hiperkarının sınaqları 2020-ci ilin yazında başlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, buna baxmayaraq artıq ikinci əl bazarında onun satışları barədə elanlar peyda olub.

"Red Bull Advanced Technologies" və "Formula 1" dizayneri Adrian Nyui ilə birgə yaradılmış avtomobili Tom Hartli adlı şəxs satışa çıxarıb.

Hiperkar istehsalı planlaşdırılan 150 avtomobildən biridir və 139 şassi nömrəsinə malikdir. Onun kapotu altında 1146 at gücü olan 6,5 litrlik V12 mühərrinə əsaslanan hibrid güc aqreqatı quraşdırılıb. 7 pilləli robot sürət qutusu olan avtomoblin yürüşü cəmi 121 kilometrdir.

Artıq özünə yeni alıcı tapan "Aston Martin Valkyrie"nin təkrar bazarda hansı qiymətə satıldığı açıqlanmayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.