Avto

Ən çox qaçırılan avtomobillər - SİYAHI

14 İyun 2022 19:00
0 Şərh     Baxış: 960
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ən böyük sığorta şirkətlərinin statistikasına əsasən, Rusiyada ən çox oğurlanan avtomobil markaları siyahısına Mitsubishi, Toyota, Kia və Hyundai daxildir.

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, eyni zamanda, paytaxtdakı siyahı Rusiyadan ciddi şəkildə fərqlənir. Burada avtomobil oğrularını daha çox Nissan X-Trail və Nissan Qashqai, Mercedes-Benz GL/GLS və Mercedes-Benz GLK/GLC maraqlandırır.

Oğurluq texnologiyası çox dəyişməyib: əvvəllər olduğu kimi, avtomobil oğruları ilk növbədə yalnız zavodun oğurluğa qarşı sistemi ilə təchiz edilmiş avtomobillərə diqqət yetirirlər. Əsasən, avtomobillər park və gəzinti dayanacaqlarından və gecə dayanacaqlarından oğurlanır. Amma əgər avtomobil "sifariş edilib" və xüsusi olaraq oğurluq üçün ovlanıbsa, o zaman o, hətta qısa bir günlük dayanacaqdan, məsələn, ticarət mərkəzinin qarşısından da oğurlana bilər.

Sığorta şirkətlərindən birinin top meneceri deyir: "Bu il əsasən sərhədlərin bağlanması və müxtəlif sınaqlardan keçmək zərurəti ilə əlaqədar avtomobil qaçırmalarının sayı bir qədər azalıb. Lakin sərhədlər tədricən açılmağa başlayır, ona görə də qaçırmaların sayı artır".

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.