Avto

Avtomobil ehtiyat hissələri alarkən diqqətli olun - VİDEO

28 Aprel 2022 16:24
0 Şərh     Baxış: 896
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oğurlanan avtomobillərin ehtiyyat hissələrinin sökülərək satıldığı hər kəsə bəlli olan bir məsələdir. Bu isə ikinci əl avtomobil ehtiyyat hissələri satılan yerlərin bu cür cinayətlərdən özlərini necə qoruduqlarını gündəmə gətirir. "Xəzər Xəbər" ehtiyyat hissələrinin satış yerlərində olub və oğurluq mallara qarşı həmin yerlərdə hansı təcrübədən istifadə edildiyini araşdırıb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bəzi hallarda oğurluq avtomobillərin ehtiyat hissələri ikinci əl ehtiyat hissəsi kimi bazarlarda satışa çıxarıla bilir. Belə məqamda isə həmin ehtiyat hissələrini satan şəxslə birlikdə onu alan şəxs də məsuliyyətə cəlb edilə bilər.

Bu iddiaları araşdırmaq üçün üz tutduq Paytaxtın Babək prospektində yerləşən ikinci əl ehtiyat hissələrinin satıldığı ən böyük bazarlardan birinə. Bazarda işlənmiş  müxtəlif mühərriklər, detallar, faralar, sürətlər qutusu, təkərlər və digər detallar satılır. Satıcılardan bu ehtiyat hissələrini alarkən oğurluq olub-olmamasını necə müəyyənləşdirirsiniz sualını soruşduqda, onlar bazara ehtiyat hissələrini ancaq xarici ölkələrdən gətirdiklərini bildirdilər.

Satıcıların sözlərinə görə, işlənmiş ehtiyat hissələrini daha çox Birləşmiş Ərəb Əmirliyi, Almaniya, Gürcüstandan alıb gətirirlər. Satıcılar deyir ki, bazara ehtiyat hissələrini ikinci əl kimi gətirib satmaq istəyən şəxslərdən bu detalları almırlar. Səbəb kimi bazar rəhbərliyi tərəfindən qadağa qoyulmasını göstərirlər.

Bazarın nəzarətçisi Qabil Əhmədov deyir ki, əvvələr bir neçə dəfə bazara oğurluq ikinci əl avtomobil ehtiyat hissələrini gətirib satanlar oludğundan, bu halın qarşısını almaq məqsədi ilə bazarın rəhbəri tərəfindən sahibkarlara tapşırıq verilib ki, vətəndaşlardan ikinci əl avtomobil alıb satmasınlar. Xarici ölkələrdən işlənmiş ehtiyat hissələri gətirib satmaq istəyənlər isə gömrük sənədi təqdim etdikdən sonra, bazara daxil olmasına icazə verilir.

Qiymətlərə gəldikdə isə, avtomobillərin istehdal olunduğu ölkə və markasından asılı olaraq mühəriklərin qiyməti 500-800 manat, sürətlər qutusu 150-400, alt işlək hissələr 20-100,avto detallardan qapılar 60-70, ön faralar 50-80, arxa stoplar 30-40, buferlər isə 30-140 manat arasında satılır. Satıcılar əvvəlki illərlə müqaisədə qiymətlərin 30-40 faiz bahalaşdığını da bildirdilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.