Ermənistan

Artıq Bakı və İrəvan üz-üzə danışır - Marçilyano

27 Oktyabr 2021 10:24
0 Şərh     Baxış: 1 140
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan və Ermənistan arasındakı münaqişə artıq Minsk Qrupunun yararsız cəhdlərinə həvalə edilmir, Ermənistanla Azərbaycan Rusiya vasitəçiliyi ilə bu problemlə üz-üzə, birbaşa məşğul olur.

Milli.Az xəbər verir ki, bu sözləri axar.az-a İtalyanın geosiyasi analitik və beynəlxalq araşdırmalar üzrə düşüncə mərkəzi "Il Nodo di Gordio"nun baş elmi işçisi Andrea Marçilyano Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrda Moskvada baş tutması gözlənilən üçtərəfli görüşü haqda danışarkən deyib.

Onun sözlərinə görə, rəsmi Moskva daha Qafqazda öz maraqlarını və təhlükəsizliyini riskə atmaq istəmir:

"Görüş zamanı hansı sənədlərin imzalanacağını söyləmək çətindir. Bununla belə, nəhayət, bir işıq görürük. İki ölkə arasında uzun müddətdir davam edən münaqişə aradan qaldırıldıqdan sonra bütün Qafqaz regionu üçün böyük inkişaf üfüqləri açılacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.