Ermənistan

Paşinyan bu görüşdə “sındırılacaq” - Erməni siyasi şərhçi

25 Oktyabr 2021 13:54
1 Şərh     Baxış: 1 648
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü yenidən erməni xalqı üçün biabırçılıqla nəticələnəcək. Azərbaycan lideri Nikolu bu dəfə də "sındıracaq".

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Razmik Akopcanyan bölüşüb.

Onun sözlərinə görə, Nikol Paşinyanın İlham Əliyevlə hər görüşündə Azərbaycan lideri elə faklar gətiriri ki, "varçapet" pat vəziyyətinə düşür, və sərsəmləyərək biabır olur.

"Hər dəfə bunu görən erməni xalqı utanc içində olur. İndi isə vəziyyət əvvəlkindən daha təhlükəlidir. Çünki bu dəfə söhbət konkret olaraq Ermənistanın gələcəyindən gedəcək. Ümumiyyətlə, bu görüşün yaxın vaxtlarda keçiriləcəyi dünən bəlli oldu. Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan bazar günü bildirdi ki, hazırda görüş barədə heç nə deyə bilmərəm. Erməni mətbuatı dərhal bu "hazırda" sözünü əsas götürərək, görüşün yaxın vaxtlarda anons olunacağını yazdılar. Bu onu göstərir ki, tərəflər görüşə hazırlaşırlar və yaxın vaxtlarda biz detalları öyrənəcəyik", - deyə erməni ekspert qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.