Ermənistan

Məğlub Ermənistanın qalib Paşinyanı

21 İyun 2021 11:39
Baxış: 1 360
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az modern.az-da dərc olunan məqaləni təqdim edir.

Dünən Ermənistanda keçirilən parlament seçkilərində əsas "dava" Paşinyanla Köçəryan arasında oldu. Daha doğrusu Paşinyanı müdafiə edən Qərblə Köçəryanı müdafiə edən Rusiya arasında.

Düzdür, Paşinyan məsələsində Qərblə Rusiyanın anlaşdığı deyilir, ancaq indilik görünən odur ki, Rusiyada bəzi dairələr Paşinyanın qalibiyyətindən məmnun deyillər, Azərbaycanın öz torpaqlarını azad etməsini həzm edə bilmirlər.

Ermənistan Mərkəzi Seçki Komissiyasının son məlumatlarına görə, artıq Paşinyan qalibdir.
Nəticələri məlum olmayan məntəqələrdən gələcək büllütenlər belə ümumi sonluğa təsir göstərə bilməyəcək.

Yeri gəlmişkən, Azərbaycan cəmiyyətində Ermənistandakı seçkilərə yanlış yanaşma var idi: Köçəryan qalib gəlsə, vəziyyət dəyişə bilər və s.

Əvvala ondan başlayaq ki, Şuşa Bəyannaməsinin məhz Ermənistandakı seçkidən öncə imzalanması Köçəryan xülyasında olanlara xəbərdarlq idi. İkinci tərəfdən, indi Ermənistanda Petrosyan, Köçəryan, Sarkisyan və Paşinyan, hamısı bir yerdə qalib olsaydı belə, heç nə dəyişməyəcəkdi.
Ermənistanın qalibi Paşinyandır. Məğlub ölkənin qalibi. Məğlub qalibi ilk hansı ölkə təbrik edəcək. Bunu yaxın saatlarda görəcəyik.

Şübhə yoxdur ki, əgər Köçəryan seçkinin nəticələrini tanımırsa, demək onun söykəndiyi dairələr də Paşinyanın qələbəsinə eyni münasibət sərgiləyəcək.

Aysberqin görünməyən tərəfi Paşinyanın Ermənistandakı reytinqi ilə bağlıdır. Birinci Qarabağ savaşında öz havadarlarının köməyi ilə Azərbaycan torpaqlarını işğal edən Ermənistanın "Qarabağ klanı" bütün parametrləri ilə özünü və dünyanı 1990-larda hiss edirdi. Ancaq bir daha gördü ki, Azərbaycan münasibətləri tam olaraq dəyişib. Bu situasiyadan isə Paşinyan yararlanır.
Paşinyanın gedişləri həm ölkəsi, həm də xalqı üçün yaxşı gələcək vəd edir.

Məğlub Ermənistanın qalib Paşinyanı...

Onun yallısı çox maraqlıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.