Ermənistan

Petrosyandan həmlə: rusofoblar Ermənistan XİN-i ələ keçirir

22 Avqust 2019 17:19
0 Şərh     Baxış: 1 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın Xarici İşlər Nazirliyində ciddi struktur və kadr dəyişiklikləri ola bilər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "Ermənistanın səsi" qəzeti öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, tezliklə XİN-dəki peşəkarların Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın komandasından olan latent rusofoblarla əvəzlənməsi nəzərdə tutulur. Qəzet hazırda Ermənistan hakimiyyətində olan antirus qüvvələrə Vladimir Karapetyan, Levon Xaçatryan və Viktor Biyaqovun rəhbərlik etdiyini bildirib. Belə ki, bu qrupun üzvü olan Vladimir Karapetyanın (Paşinyanın mətbuat katibi - red.) tezliklə Ermənistan xarici işlər naziri təyin olunacağı, Biyaqovun isə XİN rəhbərinin müavini Şavarş Köçəryanı əvəzləyəcəyi və Rusiya ilə münasibətləri kurasiya edəcəyi vurğulanıb. Levon Xaçatryanın isə Sankt-Peterburqa baş konsul olaraq göndəriləcəyi bildirilib.

Qeyd edək ki, Biyaqov hazırda Ermənistanın KTMT-dəki Daimi Nümayəndəliyinin rəhbəridir, Xaçatryan isə Ermənistan xarici işlər nazirinin müşaviridir. Biyaqov həmçinin əvvəllər Ermənistan parlamentinin aparatının xarici əlaqələr idarəsinə rəhbərlik edib və Levon Ter-Petrosyanın həyat yoldaşının qohumudur. Xaçatryan isə əvvəllər Qazaxıstan, Gürcüstan və Qırğızıstanda səfir kimi çalışıb, 2008-ci ildə Petrosyana açıq dəstək verən üç səfirdən biri olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.