Ermənistan

Paşinyanın qəzetinin jurnalisti rüşvət alarkən yaxalandı

20 İyun 2019 18:10
0 Şərh     Baxış: 762
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın "Aykakan Jamanak" qəzetinin jurnalisti həbs edilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Ermənistan İstintaq Komitəsinin Mətbuat Xidməti yayıb. Onun fırıldaqçılıqda və rüşvət almaqda ittiham olunduğu vurğulanıb.

Jurnalistin yol polisi komandirinin müavinlərindən birindən 800 000 dram rüşvət tələb etdiyi bəlli olub. İstintaq Komitəsi jurnalistin 400 000 dram alarkən yaxalandığını bildirib.

Qeyd edək ki, "Aykakan Jamanak" qəzeti Nikol Paşinyan tərəfindən yaradılıb. Paşinyandan sonra bu qəzetə indiyə qədər onun həyat yoldaşı Anna Akopyan rəhbərlik edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.