Ermənistan

İrəvan bir daha sübut etdi ki… - Aksoy

26 Aprel 2019 20:24
0 Şərh     Baxış: 1 015
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Makronun 24 apreli anım günü elan etməsini unutmayacağıq. Fransa prezidentinin istifadə etdiyi ağır ifadələrin qarşılığı olacaq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə XİN sözçüsü Hami Aksoy deyib.

"Ermənistan sözçüsünün üslubu və istifadə etdiyi kəlmələr Ermənistanın hələ də bir dövlət perspektivinə sahib olmadığını göstərir. Türklərə inkarçı demək geridə qalmış bir təfəkkürün işarəsidir. İfadə azadlığımızı məhdudlaşdırmağa hesablanmış bir təşəbbüsdür. Sözçünün İrəvandakı milli arxivlərin açıq olduğunu iddia etməsinə baxmayaraq, bu arxivlər əslində açıq deyildir. Sadəcə, erməni iddialarının düzgünlüyünü sübuta yetirən hissələr açıqdır", - Aksoy bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.