Ermənistan

Paşinyanın diasporla savaşı başlayır - Qanun qəbul edildi

18 Aprel 2019 17:14
0 Şərh     Baxış: 958

Ermənistan parlamenti birinci oxunuşda hökumət strukturunun dəyişdirilməsinin lehinə səs verib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, səsvermədə ümumilikdə 111 deputat iştirak edib. Onlardan 71-i qanun layihəsinin lehinə, 40-ı isə əleyhinə səs verib. Layihənin əleyhinə səs verənlər Çiçəklənən Ermənistan və İşıqlı Ermənistan partiyalarının deputatları olub.

Qeyd edək ki, yeni qanuna əsasən, Ermənistanda nazirliklərin sayı 17-dən 12-yə endirilib - kənd təsərrüfatı, energetika, mədəniyyət, nəqliyyat, diaspor nazirlikləri ləğv edilib.

Ləğv edilməsi böyük mübahisələrə səbəb olan Diaspor Nazirliyinin səlahiyyətləri baş nazirin aparatına verilib və burada diaspor məsələləri üzrə baş komissarlıq institutunun yaradılması nəzərdə tutulub.

Digər mübahisəli məqam olan Milli Təhlükəsizlik Xidməti və polisin baş nazirin nəzarətindən çıxarılması məsələsində heç bir dəyişiklik baş verməyib. Paşinyan da Sərkisyan kimi bu iki qurumu öz nəzarəti altında saxlayıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.