Ermənistan

Paşinyanın generallarla qapalı görüşünün detalları üzə çıxdı - Qarabağla bağlı ŞOK TAPŞIRIQ

26 Mart 2019 15:28
7 Şərh     Baxış: 3 239
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın baş naziri Nikol Paşinyan dünən axşam saatlarında Müdafiə Nazirliyində qapalı iclas keçirib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Ermənistan mediası qapalı iclasın müəyyən detallarını açıqlayıb.

İddialara görə, Paşinyan orduya müharibəyə hazırlıq tapşırığı verib. Belə ki, danışıqlar masasından qaçmağa hazırlaşan erməni baş nazir belə addımın müharibəyə səbəb olacağını anlayır. Buna görə də indidən ordunu gələcək müharibəyə hazırlaşdırır.

"Past" qəzetinin məlumatına görə, qapalı iclasda Paşinyan generallarla müharibə ssenarilərini müzakirə edib. Konkret hansı ssenarilər üzərində iş aparıldığı məlum olmasa da, Paşinyanın müdafiə naziri David Tonoyana ordudakı neqativ halların aradan qaldırılması tapşırığını verdiyi deyilir.

Görünür, Ermənistan danışıqları yenidən tormozlamağa çalışacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.