Ermənistan

Ermənistan polisi vətəndaşların telefonlarını dinləyəcək

15 Mart 2019 20:09
0 Şərh     Baxış: 972
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan Polisinə vətəndaşların gündəlik telefon söhbətlərini dinləmək hüququ veriləcək.

Milli.Az Azvision.az-a istinadən xəbər verir ki, Ermənistan baş naziri Nikol Paşinyanın lideri olduğu "Mənim addımım" fraksiyasının deputatı, Yol Polisinin keçmiş əməkdaşı Armen Xaçatryan "Operativ-axtarış fəaliyyəti haqqında" qanuna dəyişiklik edilməsi təşəbbüsü ilə çıxış edib.

Hazırda qüvvədə olan qanunvericiliyə görə, telefon söhbətlərinin dinlənilməsi hüququna müstəsna olaraq yalnız Ermənistanın Milli Təhlükəsizlik Xidməti malikdir. Lakin deputat tələb edib ki, eyni səlahiyyət Ermənistan Polisinə də verilsin.

"Niyə məhz təkcə telefonların dinlənilməsi hüququ? Polisə həm də vergi yığılması, tibbi xidmətin göstərilməsi və bir sıra digər səlahiyyətləri də vermək olardı", - deyə nəşr ironiya ilə vurğulayıb.

Qeyd olunur ki, Ermənistan Polisinin vətəndaşların telefonunu dinləməsi ənənəsini ilk dəfə ötən ilin dekabrındakı parlament seçkiləri zamanı Nikol Paşinyan gətirib. İndi də açıq şəkildə bunu qanuniləşdirmək istəyirlər. Lakin belə bir addım xalqın Paşinyana olan etimadının daha da azalmasına gətirib çıxaracaq. Çünki belə bir addım insan hüquqlarının pozulmasi ilə yanaşı, həm də hakimiyyətin xalqdan qorxması anlamına gəlir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.