Ermənistan

İrəvandan növbəti həyasızlıq: Madrid prinsipindən imtina...

15 Mart 2019 21:04
1 Şərh     Baxış: 1 279
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İrəvan və Xankəndi Qarabağ konfliktinin həlli prosesi ilə bağlı bir neçə mövqe və yanaşmanı müzakirə edir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan deyib. O, Ermənistanın danışıqlar prosesindəki rolundan imtina etmədiyini və Qarabağın təhlükəsizliyinin yeganə qarantı olaraq qalmaqda davam etdiyini bildirib.

Mnatsakanyan həmçinin qondarma rejimin Madrid prinsiplərindən imtinası istəyinin "onların öz mövqeyi" olduğunu deyib.

Qeyd edək ki, bundan öncə qondarma "dqr"in "xarici işlər naziri" Masis Mailyan Madrid prinsiplərinin köhnəldiyini və ondan imtina olunması gərəkdiyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.