Ermənistan

Daşnaklar Nikolu hədələdi: Siyasi meyit...

8 Fevral 2019 20:34
0 Şərh     Baxış: 1 164
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daşnaksütyun Partiyasının artıq Ermənistan siyasətində rol oynamaması fikri həqiqəti əks etdirmir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu "Avrasiya Deyli" portalına açıqlamasında partiyanın lideri Armen Rüstəmyan deyib.

"Ermənistan tarixində Daşnaksütyun Partiyasının hətta ölkədən qovulduğu dövrlər olub, amma partiya mövcud olmağa davam edib. SSRİ-nin süqutundan sonra Ermənistan parlamenti formalaşanda Daşnaksütyun ümumiyyətlə seçkidə iştirak etməyib və parlamentdə də təmsil olunmayıb", - deyə o bildirib.

Rüstəmyan hazırkı Baş nazir Nikol Paşinyana Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın taleyini xatırladıb:

"Azərbaycan problemin həllini özünün ərazi bütövlüyü çərçivəsində görür. Yəni erməni qoşunlarının çıxarılması və ərazilərin qaytarılmasını nəzərdə tutur. Paşinyan yaxşı ki, ermənilər üçün ərazi qarşılığında sülh formulunun qəbuledilməz olduğunu bəyan etdi. Bu mövqe həqiqətən Ermənistanın danışıqlarda çətin vəziyyətə düşməyəcəyi ilə bağlı hansısa ümid yaradır. Zamanında bu formul Levon Ter-Petrosyanın siyasi intiharına səbəb oldu. O, istefa verdi. Erməni reallığında bu məsələni belə həll etməyə çalışanlar siyasi meyit olacaqlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.