Ermənistan

“Uşaqlarımızın daxili orqanlarını satırlar” - Erməni nazirdən şok açıqlama

17 Yanvar 2019 19:37
2 Şərh     Baxış: 2 148
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ermənistanda övladlığa götürülən kimsəsiz uşaqlar insan alverçilərinin qurbanlarına çevrilirlər".

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ermənistanın sosial işlər naziri Gevorq Petrosyan deyib.

Nazir son illərdə kimsəsiz uşaqlar üzərində təhlükəli oyunların oynanıldığını və övladlığa götürülən uşaqların sonradan daxili orqanlarının satıldığını bildirib.

"İki belçikalı milyarder iki usağı övladlığa götürmək üçün Ermənistana gəlir. Bunu nə üçün etdikləri bəlli deyil? Bu uşaqların daxili orqanlarının satılacağına dair şübhələr vardı və təsdiq olundu. Xüsusilə də əcnəbilər tərəfindən uşaqlarımızın övladlığa götürlməsi məsələsində ehtiyatlı olmaq lazımdır".

Ermənistan parlamentinin sədri Ararat Mirzoyan da erməni uşaqların insan alveri ilə məşğul olan təşkilatlar vasitəsilə övladlığa götürüldüyünü bildirib:

"Mafiyalar belə ölkəmizdə çox rahat hərəkət edirlər və bu işlə məşğuldurlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.