Ermənistan

Qarabağda iki erməni əsgəri ağır yaralandı

15 Dekabr 2018 20:42
2 Şərh     Baxış: 1 983
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İşğalçı erməni ordusunun ağır yaralanmış iki hərbi qulluqçusu bu gün Xankəndidən Yerevandakı Mərkəzi kliniki hərbi hospitala çatdırılıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, informasiyasını hospitaldan təsdiq ediblər.

"Hər iki yaralının vəziyyət stabil-ağırdır. Hərbi qulluqçulardan biri kombinasiya edilmiş mina-partlayıcı yaralanmalarla daxil olub, onun baldır sahəsində amputasiya edilib. İkinci yaralı qarın nahiyəsində güllə yaraları ilə gətirilib", - deyə mənbə bildirib.

Hər iki hərbi qulluqçu həkimlərin ciddi müşahidəsi altındadır.

Ordudakı mənbə nəşrə bildirib ki, hadisə minanın partlatması nəticəsində baş verib.

Nəşrin məlumatına görə, hadisə bir neçə gün əvvəl olub. Hadisənin başqa detalları, eləcə də zərərçəkmişlər haqda məlumatlar açıqlanmır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.