Ermənistan

Ter-Petrosyan və partiyası parlament seçkilərini boykot edib

13 Noyabr 2018 15:36
0 Şərh     Baxış: 1 149
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabiq prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Ermənistan Milli Konqres Partiyası parlament seçkilərini boykot edib.

Milli.Az report-a istinadən bildirir ki, qərar təşkilatın iclasında qəbul olunub.

Milli Konqres Partiyasının rəhbərliyində əksəriyyət hesab edir ki, seçkiyə qatılacaqları halda məğlub olacaqlar. Ona görə də parlament seçkilərində iştirak etməməklə bağlı qərar qəbul olunub.

"Qərar çoxluğun iradəsi ilə qəbul edilib", - partiyanın açıqlamasında bildirilib.

Qeyd edək ki, dekabrın 9-da Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

2008-ci ildə təsis edilən Ermənistan Milli Konqresinin qurucusu və sədri Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyandır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.