Ermənistan

Paşinyan özünü çuqçvanqa sürüklədi - Səfir dəyişimi

12 Noyabr 2018 18:09
0 Şərh     Baxış: 2 352
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

KTMT-nin Astana sammitində Ermənistan üçün qəbul edilən alçaldıcı qərardan sonra rəsmi İrəvan hərarətli şəkildə çətinləşən vəziyyətdən çıxış yolu axtarır. Vaxt da erməni hökumətinin əleyhinə işləyir - Qərblə oynadığı oyunlar nəticəsində Paşinyan özünü ən ağır çuqçvanqa (şahmatda növbəti gedişin vəziyyəti daha da ağırlaşdırdığı situasiya) sürüklədi və indi də hər dəqiqəni qazanmağa çalışır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, Ermənistan mətbuatı bu gün Ermənistanın Qazaxıstandakı səfiri Ara Saakyanın geri çağırıldığını yazıb. Bundan cəmi bir neçə saat sonra isə onun yerinə Qagik Kalaçyan təyin edilib.

Yeni təyin olunan səfir KTMT-nin işi ilə yaxından tanışdır. Başqa sözlə desək, o, təşkilatın daxilindəndir - 2001-2004-cü illərdə KTMT-nin daimi şurasının üzvü olub. 2009-2011-ci illərdə isə Ermənistanın Yunanıstan, Albaniya və Serbiyadakı səfiri olub.

Astana sammitinin Ermənistan üçün rüsvayçılıqla yekunlaşmasından dərhal sonra erməni mətbuatında Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Ermənistana qarşı razılaşması ilə bağlı ittihamlar səsləndirilib.

Qeyd edək ki, KTMT baş katibliyi ilə bağlı məsələ 8 noyabrda Astanada müzakirə edilib. Paşinyan 2020-ci ilə qədər baş katiblik postunun Ermənistana aid olduğunu əsas gətirərək, Xaçaturovun yerinə digər namizəd irəli sürüb. KTMT ölkə liderləri isə buna qarşı çıxıb və rus əlifbasına uyğun olaraq, baş katib növbəsinin Belarusa çatdığını bildiribər.

Belarus artıq namizədini də irəli sürüb.

Yekun qərar 6 dekabrda Sankt-Peterburq sammitində veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.