Ermənistan

Rusiyalı hərbçilər Ermənistanda qəzaya düşdü

16 Avqust 2018 13:28
0 Şərh     Baxış: 1 084
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının hərbçiləri qəzaya düşüb.

Milli.Az bildirir ki, Virtualaz.org-un erməni KİV-lərinə istinadən xəbərinə görə, hadisə Şirak vilayətinin Artik şəhərində baş verib. Belə ki, şəhərin Nerkatsi və Baqramyan küçələrinin kəşişməsində 0032 YՕ 94 nömrəli "ZİL 131" markalı hərbi yük maşını məlum olmayan səbəbdən aşıb.

Hadisə yerinə gələn xilasedicilər Rusiya hərbçiləri - 1995-ci il təvəllüdlü Andrey Qrutikov və 1997-ci il təvəllüdlü Artyom Kiryanova maşının yük yerindən çıxmağa yardım ediblər.Onlar ciddi xəsarət almadıqlarına görə xəstəxanaya aparılmayıblar.

Hadisə ilə bağlı Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasına məlumat verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.