Ermənistan

Ermənistan ordusunda daha bir rüşvət qalmaqalı - VİDEO

16 Avqust 2018 12:04
0 Şərh     Baxış: 1 071
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda çağırışçıların xidmətdən azad edilməsi üçün külli miqdarda rüşvət alınması faktının üstü açılıb, bir neçə nəfər saxlanılıb.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

İstintaq zamanı müəyyən edilib ki, Milli Təhlükəsizlik Xidmətinin sabiq əməkdaşı çağırışçının atasından əsgərlikdən möhlət hüququ almaq və xidmətdən azad edilməsi üçün 15 000 dollar alıb. Nəticədə iki nəfər A.A və Ş.Q adlı şəxslər faktla bağlı həbs edilib. 

Eyni zamanda "N" saylı hərbi komissarlığın rəisi çağırışçının atasından 19 min dollar rüşvət alıb. Cinayət işində bir neçə oxşar epizod mövcuddur. Komissarlığın rəisi tutulub və faktla bağlı saxlanılan digər şəxs barəsində başqa yerə getməmək barədə iltizam tədbiri seçilib.

Videonu izləmək üçün şəklə klikləyin:
Ermənistan ordusunda daha bir rüşvət qalmaqalı

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.